...

Azərbaycanda gürcü şairinin kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 29 Mart 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri millət vəkili Qənirə Paşayeva və Pen-QUAM təşkilatının icraçı katibi şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi layihə çərçivəsində bazar günü Müasir İncəsənət Mərkəzində şair Şota İataşvilinin Azərbaycan dilində yeni nəşirdən çıxmış "Veriya bağçasındakı kafe" şeirlər toplusunun təqdimatı və şeir gecəsi keçirilib.

Kitaba müəllifin şerləri, gürcü ədəbiyyatının son dövrünü təhlil edən məqaləsi daxil edilib. Gecədə millət vəkili Qənirə Paşayeva, Gürcüstan səfirliyinin səlahiyyətli nümayəndəsi, tanınmış ədəbiyyatçılar, tərcüməçilər və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirin sonunda millət vəkili Paşayeva həm İataşviliyə, həm də digər qonaqlara hədiyyələr təqdim edib.

Eləcə də "Ulduz" jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli İataşviliyə çap olunmuş kitabına görə "Ulduz" jurnalının 2009-cu il üçün "Poeziya ödülünün" diplomunu və pul mükafatını təqdim edib.

Sonda şeirlər müəllifin və Babullaoğlunun ifasında dinlənildi.

"Azərbaycanda gürcü kitabı günləri" "Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu" və Pen-QUAM təşkilatının birgə layihəsi kimi həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti