...

Azərbaycanda hakim olmaq istəyənlər mayın 7-də imtahan verəcək

Cəmiyyət Materials 2 Aprel 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda hakim olmaq istəyənlər mayın 7-də imtahan verəcək.

Hakimlərin Seçki Komitəsindən cümə axşamı Trend -a verilən məlumata görə, Komitənin bu gün keçirilən iclasında hakimliyə namizədlərin sənəd qəbulu və imtahana hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Üç ay müddətində davam edən sənəd qəbulu zamanı 300-dən çox hüquqşünas hakim olmaq üçün namizədliyini irəli sürüb.

Son vaxtlar sənəd verənlərin sayının minimuma enməsi ilə əlaqədar olaraq sənəd qəbulunun aprelin 15-də başa çatdırılması qərara alınıb.

Hakimliyə namizədlər arasında mayın 7-də Bakı İdman Sarayında vahid auditoriyada test imtahanının keçirilməsi nəzərdə tutulub.

Yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçiriləcək imtahanın nəticələri həmin gün, imtahandan sonra imtahan zalında yoxlanılaraq elan olunacaq.

Trend -un arayışı: Prezidentin fərmanları ilə Azərbaycanda hakim ştatlarının sayı 50 faiz artırılaraq 491-ə çatdırılıb.

Hakimlərin sayının artırılması üçün iki dəfə hakimliyə müsabiqə yolu ilə seçkilər keçirilib və 2007-ci ildə 55, 2008-ci ildə 102 nəfər hakim seçilib.

Görülmüş tədbirlər nəticəsində Ali Məhkəmədə hakimlərin ştat sayı 23-dən 38-ə, apellyasiya məhkəmələri hakimlərinin sayı 2 dəfədən çox artırılaraq 49-dan 106-ya, Bakının rayon məhkəmələrində hakimlərin sayı 45-dən 88-ə çatdırılıb.

Hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 2007-2008-ci illlər ərzində 32 hakimin səlahiyyətinə xitam verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti