...

Azərbaycanda magistraturaya qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

Cəmiyyət Materials 5 May 2009 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanda 2009/2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsində iştirak etmiş bakalavrların müraciətlərinə baxılması məqsədilə Apelyasiya Komissiyası yaradılıb.

Bakalavrlar ərizələrini 5 və 6 may tarixlərində saat 9:00-dan 17:00-dək şəxsən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) təqdim etməlidirlər, çərşənbə axşamı TQDK-nın yaydığı məlumatda bildirilib.

Trend -un arayışı:  Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi mayın 3-də keçirilib. Birinci mərhələnin nəticələrinə görə, imtahanda iştirak etmiş 14713 bakalavrdan 6383-ü ikinci mərhələyə buraxılıb. İkinci mərhələnin iyunun sonlarında keçirilməsi nəzərdə tutulur.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti