...

Bakı əhalisinin böyük qismi bələdiyyələrin harada yerləşdiyini bilmir - SORĞU

Cəmiyyət Materials 26 May 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir C.Babayeva /

Bakı əhalisinin sorğuda iştirak edənlərinin 92 faizi bələdiyyələrin harada yerləşdiyini bilmir. "ELS" Araşdırmalar Mərkəzinin aprel-may aylarında Bakının altı rayonunda apardığı monitorinqin nəticələri əsasında hazırlanan hesabatda məlumat verilir.

Trend -un məlumatına görə, Mərkəzin rəhbəri İradə Yaqubova çərşənbə axşamı keçirilən tədbirdə bildirib ki, "ELS" Araşdırmalar Mərkəzi Bakının idarə olunmasının qiymətləndirilməsi ilə bağlı monitorinq keçirib.

Bakının Yasamal, Nəsimi, Sabunçu, Səbayel, Nərimanov və Əzizbəyov rayonlarını əhatə edən rəy sorğusunda 306 nəfər iştirak edib.

Monitorinqin məqsədi əhalinin yerli bələdiyyələrə və icra hakimiyyətinin fəaliyyətinə münasibətini öyrənmək olub.

Sorğunun nəticələrinə görə, Bakı əhalisi bələdiyyələrin fəaliyyətindən tam razı deyil.

Rəyi soruşulanların 65 faizi bələdiyyələr haqqında məlumatsız olduqlarını bildirib.

Paytaxt əhalisi icra hakimiyyətlərinin fəaliyyətini 2,3 balla qiymətləndirib.

Yaqubova bildirib ki, bələdiyyə seçkiləri öncəsi keçirilən monitorinqin nəticələri göstərir ki, seçkilərdə seçki fəallığı aşağı düşəcək.

Trend -un arayışı: Azərbaycanda bələdiyyələrin sayı 36 faiz azaldılacaq.

"Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyədən 993-ü ləğv ediləcək", - bazar ertəsi parlamentin Regional məsələlər komitəsinin iclasında komitənin sədri Arif Rəhimzadə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti