...

Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində dəyişkən hava gözlənilir

Cəmiyyət Materials 8 İyun 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir C.Babayeva /

Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində dəyişkən hava gözlənilir.   

İyunun 9-dan 11-nədək hava şəraitinin dəyişkən buludlu keçəcəyi gözlənilir, bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilib.  

İyunun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 8-13 m/s, gündüz arabir 15-17 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 25-28 dərəcə isti təşkil edəcək.

İyunun 10-da hava şəraitinin arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 16-19, gündüz 25-29 dərəcə isti olacaq.

İyunun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 17-19, gündüz 27-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

10-11 iyun tarixlərində əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. İyunun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti