...

Azərbaycanda qadın jurnalının nəşri yenidən bərpa olunub

Cəmiyyət Materials 19 İyun 2009 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda qadınlara həsr olunan jurnalın nəşri yenidən bərpa olunub.

"Azərbaycan qadını" jurnalı bundan sonra təzə tərtibatda və məzmunda nəşr olunacaq", - cümə axşamı jurnalın baş redaktoru, Azərbaycan Prezident Adminstrasiyasının humanitar məsələlər üzrə dövlət müşaviri Fatma Abdullazadə təqdimat mərasimində bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çox tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Abdullazadənin sözlərinə görə, 85 illik tarixi olan bu jurnalın nəşrini dayandırmaq düzgün olmazdı. "Amma indiki vəziyyətdə ən düzgün olan budur ki, biz ayrı-ayrı nəsillərə mənsub gəlinlərin-qızların istəklərini, arzu və niyyətlərini nəzərə almaqla, qadınlara ünvanlanmış bir neçə jurnal nəşr etməyə başlayaq. Bu jurnallar bir növ "Azərbaycan qadını" jurnalı ailəsində birləşməli, onun himayəsi altında püxtələşən nəşrlər olmalıdır", - baş redaktor əlavə edib.

Abdullazadə deyib ki, nəşrini yenidən bərpa edən jurnal Azərbaycan qadınlarının problemlərinin həllinə, onların istimai-siyasi fəaliyyətlərinin oxuculara çatdırılmasına xüsusi diqqət ayıracaq.

Azərbaycanda ilk qadın jurnalı 1923-cü ildə təsis olunub. "Şərq qadını" adlanan həmin jurnalın adı 1938-ci ildə dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb. Son illər isə jurnal maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini tamamilə dayandırmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti