...

Azərbaycanda "Təhsil haqqında" Qanunun qəbulu təhsilin inkişafı üçün şərait yaradacaq - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 20 İyun 2009 11:53 (UTC +04:00)
Azərbaycanda "Təhsil haqqında" Qanunun qəbulu təhsilin inkişafı üçün şərait yaradacaq - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri hesab edir ki, "Təhsil haqqında" Qanunun parlamentdə qəbul olunması təhsilin inkişafı ilə bağlı digər qanunların hazırlanması üçün şərait yaradacaq.

"Bu, bir çərçivə qanunudur. Düşünürəm ki, bundan sonra orta və ali təhsil haqqında, eləcə də elm haqqında ayrıca qanun layihələri işlənilib, müzakirəyə çıxarılmalıdır", - şənbə günü Trend -a eksklüziv müsahibəsində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bildirib.

Trend -un arayışı: Azərbaycanda qüvvədə olan "Təhsil haqqında" Qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Milli Məclis yeni qanunun hazırlanmasına başlasa da, 14 il ərzində qanun qəbul olunmayıb.

Azərbaycan parlamentinin cümə günü keçirilən iclasında "Təhsil haqqında" qanun üçüncü oxunuşdan qəbul olunub.

Əvvəlki təhsil qanununda ali müəssisələr dövlət və özəl ola bilərdi.

Qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən, özəl ali məktəblərə sahibkarlıq fəaliyyəti kimi heç bir məhdudiyyət qoyulmayacaq. Təhsil müəssisələrinin təsisçiləri ilə bağlı yeni müddəalara əsasən, xarici ölkənin hüquqi və fiziki şəxsləri Azərbaycanda təhsil müəssisəsinin təsisçisi ola biləcəklər. Dövlət təhsil müəssisələrinə lisenziya müddətsiz, özəl və bələdiyyə təhsil müəssisəsinə 5 il , xarici hüquqi və fiziki şəxslərə isə 3 ildən az olmayaraq müddətə veriləcək. Azərbaycanda təhsil müəssisəsi açan xarici hüquqi və fiziki şəxsin təhsil müəssisəsində müavini mütləq azərbaycanlı olacaq. Müəssisədə çalışan tələbə və müəllim heyətinin 80 faizindən çoxu azərbaycanlı olacaq.

Təhsil, Səhiyyə, Maliyyə, İqtisadi İnkişaf, Vergi nazirlikləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni qanuna müsbət rəy verib.

Abdullazadənin sözlərinə görə, ölkədə təhsil sahəsində inkişafa nail olmaq "Təhsil haqqında" Qanunu qəbul etmədən mümkün deyildi.

"Ümidvaram ki, digər qanunlar daha qısa müddətdə hazırlanacaq və onların qəbulu bu qədər uzanmayacaq", - şöbə müdiri əlavə edib.

Abdullazadə "Təhsil haqqında" Qanun layihəsinin hazırlanması prosesində onun rəhbərlik etdiyi şöbənin iştirak etmədiyini və müzakirələr zamanı hər hansı konkret təkliflər irəli sürmədiklərini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti