...

Yenidən futbola qayıdan Azərbaycanın "Gəncə" klubunun heyəti tam formalaşdırılıb

Cəmiyyət Materials 21 İyul 2009 16:13 (UTC +04:00)
Azərbaycanın Milli Çempionatının I divizionunda yarışlara qoşulacaq "Gəncə" PFK 20 nəfərlik futbolçu heyəti ilə yarışlara hazırlaşır.
Yenidən futbola qayıdan Azərbaycanın "Gəncə" klubunun heyəti tam formalaşdırılıb

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Çempionatının I divizionunda yarışlara qoşulacaq "Gəncə" PFK 20 nəfərlik futbolçu heyəti ilə yarışlara hazırlaşır.

Klubun mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, komandada əsasən Gəncədən olan yerli futbolçular yer alıb. Bununla belə, komandanın heyətini gücləndirmək məqsədi ilə bir neçə təcrübəli oyunçu "Gəncə"yə dəvət olunub. Ötən mövsüm "Şahdağ"da (Qusar) çıxış etmiş Zahid Taibov və Fair Əmirqulyev, Tovuzun "Turan" klubunda yaşıl meydançaya çıxmış Yasin Abbasov və Orxan İsmaylov da "Gəncə"nin formasını geyinəcək.

Ötən həftə isə "Qarabağ"ın (Ağdam) oyunçusu olan Azər Məmmədov "Gəncə"nin tərkibində çıxış etməyə dəvət olunub. Artıq komandanın qolkiperləri də məlumdur. Bu, Xəyal Zeynalov və Tariyel Hüseynovdur.

"Gəncə" PFK-nın prezidenti Elmir Əliyevin sözlərinə görə, komandanın Milli Çempionatda çıxış edəcəyi idman geyimləri hazırdır və yaxın günlərdə heyətə təqdim olunacaq. Komandanın idman geyimi ABŞ-ın tanınmış "2K" firmasının istehsalıdır.
 
Klubun idman meydançası sayılan "Kəpəz" stadionunda təmir-bərpa işləri davam edir. Gəncə Regional Futbol Federasiyasının xətti ilə stadionda böyük elektron monitor və Almaniya istehsalı olan yeni işıqlandırıcı sistem quraşdırılır. Bundan başqa, 10 min nəfərlik oturacaqların yenisi ilə əvəzlənməsi də nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti