...

Obama Yaxın Şərqdə sülh danışıqlarının yaxın zamanda bərpa edilməsini tələb edir

Cəmiyyət Materials 21 Avqust 2009 14:27 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama İsrail və Fələstin rəhbərliyindən sülh danışıqlarının tez bir zamanda bərpa edilməsini tələb edib və ərəb ölkələrini sülh prosesində irəliləyişlər üçün həlledici addımlar atmağa çağırıb, İsrailin "Haaretz" qəzeti Ağ Evin bəyanatına istinadən xəbər verir.

"Obama İordaniya kralı Abdulla ilə telefon söhbəti zamanı Yaxın Şərqdə sülh prosesində irəliləyişlərin əldə edilməsinin vacibliyini bildirib", - jurnalistlərə Ağ Evin nümayəndəsi Robert Qibbs bildirib.

ABŞ Prezidenti Fələstin-İsrail sül prosesində yeni ideyanın təqdim olunmasına hazır olduğunu bəyan edib, belə ki, tərəflərin kompromisə getməkdə razılaşmaması problemlər yaradır, "Haaretz" yazır.

Fələstin Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, israillilərin yalnız 12 faizi Obama siyasətinin müsbət nəticələrinə inanır, İsrail qəzeti yazır.

Avqustun ortalarında keçirilən sorğu göstərib ki, fələstinlilərin 64 faizi Obamanın siyasi kursunu dəstəkləyir, israillilərin 40 faiz isə Amerika Prezidentinin siyasətini "qərbyönlü" hesab edir.

İsrail və ABŞ-ın mövqeləri fələstinlilərin gələcək dövlətlərinin ərazisi hesab etdiyi Qərb sahilində yəhudi qəsəbələrinin inşası məsələsində ayrılır.

İsrailin Vaşinqtonun qəsəbələrin inşasını dayandırmaq tələblərini yerinə yetirməməsinə baxmayaraq, Obama çərşənbə axşamı Misir Prezidenti Hüsnü mübarək ilə görüşdən sonra İsrailin bu məsələdə mövqeyinin "yumşalması" barədə bəyan edib.

Xəbər lenti

Xəbər lenti