...

Azərbaycanda özbaşına tikintilər söküləcəyi təqdirdə kompensassiya ödənilməyəcək - Ali Məhkəməsinin sədri

Cəmiyyət Materials 10 Sentyabr 2009 14:52 (UTC +04:00)
Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı Trend News-un sualına cavab olaraq bildirib ki, mülkiyyət hüququ olan hər hansı tikinti sökülürsə, məhkəmələr vətəndaşa dəyən maddi zayanın tam ödənilməsi barədə qərar qəbul edir.
Azərbaycanda özbaşına tikintilər söküləcəyi təqdirdə kompensassiya ödənilməyəcək - Ali Məhkəməsinin sədri

Azərbaycan, Bakı,10 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ali Məhkəməsinin sədri özbaşına tikintilər söküləcəyi təqdirdə kompensassiya ödənilməyəcəyini deyir.

Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı Trend -un sualına cavab olaraq bildirib ki, mülkiyyət hüququ olan hər hansı tikinti sökülürsə, məhkəmələr vətəndaşa dəyən maddi zayanın tam ödənilməsi barədə qərar qəbul edir.

"Elə bir iş yoxdur ki, şəxsin mülkiyyəti olsun və o mülkiyyət sökülübsə, ona dəyən ziyanın ödənilməsi barədə məhkəmə qərar qəbul etməsin", - deyə Rzayev bildirib.

Ali Məhkəmə sədrinin sözlərinə görə, özbaşına tikintilər söküləcəyi təqdirdə, onların heç biri üçün təzminat ödənilməyəcək.

"Respublikada coxlu sayda özbaşına yaşayış və qeyri-yaşayış sahələri var. Vətəndaşların yaşayış sahəsi üzrə kommunal xidmətləri ödəməsi, onlara həmin mülkiyyətin qanuniliyi barədə əsas vermir", - Rzayev deyib.

Rzayev vətəndaşlara əmlak əldə edərkən ilk növbədə mülkiyyətin adlarına rəsmiləşdirilməsini tövsiyə edib.

Son vaxtlar Bakıda və respublikanın ayrı-ayrı bölgələrində qanunsuz tikililər sökülərkən vətəndaşlarla dövlət qurumları arasında narazılıq və insidentlər yaranır. Vətəndaşlar mülkiyyətləri söküləcəyi təqdirdə, onlara təzminat ödənilməsini tələb edirlər.

Dövlət qurumları isə həmin tikintilərlə bağlı vətəndaşların mülkiyyət hüquqlarının olmadığını əsas gətirərək təzminat ödənilmədən tikintilərin sökülməsinə qərar verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti