...

Azərbaycanda məhkumlar arasında futbol yarışının final oyunu keçirilib

Cəmiyyət Materials 16 Sentyabr 2009 13:51 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində həmin müəssisənin "Şəfa" komandası ilə 15 saylı müəssisənin "Kəpəz" komandası arasında keçirilən final oyunu ev sahibinin qələbəsi ilə başa çatıb.
Azərbaycanda məhkumlar arasında futbol yarışının final oyunu keçirilib

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda məhkumlar arasında futbol yarışının final oyunu keçirilib.

Trend -un məlumatına görə, çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində həmin müəssisənin "Şəfa" komandası ilə 15 saylı müəssisənin "Kəpəz" komandası arasında keçirilən final oyunu ev sahibinin qələbəsi ilə başa çatıb.

Birinci hissədə "Şəfa" komandası rəqibinin qapısına 3 qol vursa da, ikinci hissədə "Kəpəz" ev sahibinin qapısına 2 qol vurmaqla hesab arasındakı fərqi azaldıb.

Qalib komanda kubokla və digər mükafatlarla mükafatlandırılıb.

PX-nin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanda ilk dəfə olaraq məhkumlar arasında futbol yarışı keçirilir. Finala qədər olan mərhələdə respublikadakı bütün cəzaçəkmə müəssisələrinin futbol komandaları yarışıblar. Əlixanov bildirib ki, məhkumlar arasında digər idman növləri ilə bağlı da yarışlar keçirilir və bu yarışlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, sağlam inkişafına və cəmiyyətə adaptasiyasına xidmət edir.

6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan milli çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov da meydana çıxıb. O, "Şəfa" komandasının tərkibində oynayıb.

Alışanov 1993-cü ildə narkotika cinayətində təqsirli bilinərək məhkum edilib.

O, Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də kuboku qazanan yarımmüdafiəçi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti