Türkiyə və Suriya arasında viza rejimi ləğv edilib. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Məlumatı Cihan agentliyi yayıb.
Sabah Ankarada Türkiyə, Suriya və İraq xarici işlər nazirlərinin Suriya-İraq münaqişəsinin aradan qaldırılması məqsədi ilə iclası keçiriləcək.
Qərar Suriya Prezidenti Bəşşar əl-Əsədin və xarici işlər naziri Valid əl-Muallimin çərşənbə günü İstanbula səfəri zamanı qəbul edilib.