...

Gürcüstan Futbol Federasiyasının prezidenti öz istefasını ölkə yığmasının uğursuzluğu ilə əlaqələndirir

Cəmiyyət Materials 17 Sentyabr 2009 19:02 (UTC +04:00)
Gürcüstan Futbol Federasiyasının prezidenti Nodar Axalkasi bugünkü brifinqdə öz vəzifəsini tərk etməsi ilə bağlı xəbəri təsdiq edib. Onun qeyd etdiyi kimi, bu istefanın səbəbi Gürcüstan yığma komandasının uğursuz nəticə göstərməsidir.
Gürcüstan Futbol Federasiyasının prezidenti öz istefasını ölkə yığmasının uğursuzluğu ilə əlaqələndirir

Gürcüstan, Tbilisi, 17 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Futbol Federasiyasının prezidenti Nodar Axalkasi bugünkü brifinqdə öz vəzifəsini tərk etməsi ilə bağlı xəbəri təsdiq edib. Onun qeyd etdiyi kimi, bu istefanın səbəbi Gürcüstan yığma komandasının uğursuz nəticə göstərməsidir.

"11 oyundur qalib gəlməyən yığmanın uğursuzluğu tamaşaçıların narazılığına səbəb olub və mən artıq bu vəzifədə qala bilmərəm", - Tbilisidə mətbuat konfransında Axalkasi deyib.

O, həmçinin qeyd edib ki, Gürcüstan futbolunun yaxşı gələcəyi var və bunu gənclərdən ibarət yığma komandanın uğurları göstərir. "Hansı vəzifədə olmağımdan asılı olmayaraq, hər zaman Gürcüstan futboluna xidmət etməyə hazıram", - o deyib.

Axalkasi 2005-ci ildən Gürcüstan Futbol Federasiyasına başçılıq edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti