İran, Tehran, 20 oktyabr / Trend , müxbir T.Cəfərov/
TREND İnformasiya Agentliyi Tehranda keçirilən XVI Beynəlxalq mətbuat və informasiya agentlikləri festivalı və sərgisində iştirak edir.
Sərginin açılışında İranın mədəniyyət naziri Məhəmməd Hüseyni iştirak edib.
Oktyabrın 20-də açılış mərasimində çıxış edən mədəniyyət nazirinin mətbuat üzrə müavini Əlirza Məlikiyan bildirib ki, sərgidə dünyanın 34 ölkəsindən 52 mətbuat qurumu təmsil olunur.
Məlikiyan builki sərgidə iştirakçıların sayının artdığını bildirib. Onun sözlərinə görə, sərgidə 600 pavilyon var. "Ötən ildən fərqli olaraq, builki sərgidə 21 universitetin 1800 mətbu orqanı da istirak edir", - o deyib.
Sərgi oktyabrın 27-də başa çatacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]