...

Britaniya Parlamentində Britaniya Azərbaycanlılarının Şəbəkəsinin təsis olunması ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 22 Oktyabr 2009 13:48 (UTC +04:00)
Britaniya Parlamentində Britaniya Azərbaycanlılarının Şəbəkəsinin (UK Azeris Network-UKAN) təsis olunması ilə əlaqədar tədbir keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Britaniya Parlamentində Britaniya Azərbaycanlılarının Şəbəkəsinin təsis olunması ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir R.Dərəxşan/

Britaniya Parlamentində Britaniya Azərbaycanlılarının Şəbəkəsinin (UK Azeris Network-UKAN) təsis olunması ilə əlaqədar tədbir keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Avropanın enerji siyasəti və Azərbaycanın rolu" mövzusunda keçirilən tədbir Azərbaycan səfirliyinin dəstəyilə təşkil olunub. Tədbirdə Britaniya Parlamentinin hər iki palatasının üzvləri, dövlət strukturlarının nümayəndələri, energetika üzrə ekspertlər, jurnalistlər, Londonda Azərbaycan və Türkiyə diasporlarının üzvləri iştirak ediblər.

UKAN-nın həmtəsisçisi Gülçöhrə Əliyeva tədbirdə çıxış edərək yeni təşkilatın məqsədləri və gələcək planları barədə danışıb. O qeyd edib ki, bu təşkilat Britaniya azərbaycanlılarının daha sıx birləşmısinə xidmət edəcək və bu ölkədə Azərbaycanın maraqlarını qoruyacaq.

Xəbər lenti

Xəbər lenti