...

Ermənistanla sərhədlərin açılması Türkiyənin dünya siyasətindəki mövqeyinin ciddi şəkildə ziyanına ola bilər - Azərbaycanın Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 23 Noyabr 2009 11:13 (UTC +04:00)
Türkiyə rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycanın zəiflədilməsi Türkiyənin zəiflədilməsi deməkdir. Eyni zamanda Ermənistanla sərhədlərin açılması Azərbaycanım, eləcə də Türkiyənin regional, həmçinin dünya siyasətindəki mövqeyinin ciddi şəkildə ziyanına ola bilər, Trend News-un məlumatına görə, bunu noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki “İnterkontinental” otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib, məlumatı bazar ertəsi komitənin mətbuat xidməti yayıb.
Ermənistanla sərhədlərin açılması Türkiyənin dünya siyasətindəki mövqeyinin ciddi şəkildə ziyanına ola bilər - Azərbaycanın Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir M.Əliyev/

Türkiyə rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycanın zəiflədilməsi Türkiyənin zəiflədilməsi deməkdir. Eyni zamanda Ermənistanla sərhədlərin açılması Azərbaycanım, eləcə də Türkiyənin regional, həmçinin dünya siyasətindəki mövqeyinin ciddi şəkildə ziyanına ola bilər, Trend -un məlumatına görə, bunu noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib, məlumatı bazar ertəsi komitənin mətbuat xidməti yayıb.

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib. Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Müstafa, Türkiyə TBMM-nin bir neçə üzvü, alimlər, ziyalılar, həmçinin Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, digər qonaqlar iştirak ediblər.

Qafqaz regionunda və Azərbaycan ətrafında mövcud olan ictimai-siyasi vəziyyəti xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan neftinin dünyaya Türkiyə ərazisindən keçməklə çıxarılması həmin vaxt gündəmdə deyildi.

"Dünyada neft sahəsində siyasəti həll edən böyük güclərin planlarının və iradəsinin əleyhinə olsa da, Azərbaycanın ümumilli lideri Heydər Əliyev neftin məhz Türkiyə ərazisi vasitəsilə beynəlxalq bazara çıxarılması ideyasını irəli sürdü", - deyən İbrahimov əlavə edib ki, həmin vaxt gündəmdə olan Bakı-Odessa-Brodı-Qdansk kəməri iqtisadi, maliyyə cəhətdən daha sərfəli və əlverişli sayılsa da, ulu öndər Heydər Əliyev Bakıdan Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ceyhan limanına qədər uzanacaq neft kəmərinin çəkilməsi ideyasını dünyadakı "böyük güc"lərə qəbul etdirdi və hətta o dövrdə Türkiyənin özündə belə çoxları buna inanmasa da, Bakı-Tbilisi-Ceyhan kəməri əfsanədən reallığa çevrildi.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, ümummilli liderimizin bu ideyanı israrla dünyada qəbul etdirməkdə və reallaşdırmaqda məqsədi Türkiyəni bölgədə real güc mərkəzinə və dünyada söz sahibinə çevirmək idi. Bu kəmərin çəkilməsi ideyasını reallaşdırmağa Azərbaycan dövləti təkcə maliyyə itkisi deyil, həm də ciddi beynəlxalq təzyiqlər qarşılığında nail oldu. İbrahimov vurğulayıb ki, lakin dövlətimiz təzyiqlərə, narazılıqlara, hətta maraqları bu kəmərdə əksini tapmayan dövlətlərin incikliklərinə baxmayaraq, BTC layihəsini gerçəkləşdirdi və bununla da Azərbaycan Türkiyənin güclənməsi, inkişafı, çiçəklənməsi üçün öz tarixi tövhəsini verib.

"Öz neftini Türkiyə üzərindən nəql etməklə dünyanın böyük güclərinin planını pozan Azərbaycan sonrakı dönəmdə də bir sıra problemlərlə üzləşdi", - deyən İbrahimov qeyd edib ki, Azərbaycanın Türkiyənin regional qüvvəyə çevrilməsi məqsədilə gördüyü işlərlə Türkiyəinin indiki rəhbərıliyini bu günkü siyasətindəki məqamlar ziddiyyət təşkil edir.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan hər zaman Türkiyənin qarşılaşdığı qondarma soyqırım məsələsini öz problemi sayıb, azərbaycanlıların sayca türklərdən daha çox olduğu ölklərdə "erməni soyqırımı" məsələsi gündəmə gələndə Azərbaycan diasporu hər dəfə öz səsini ucaldıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti