...

Azərbaycanın cənubunda çoxlu sayda çöl quşu satmaq istəyən şəxs saxlanılıb

Cəmiyyət Materials 10 Dekabr 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 10 dekabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda çoxlu sayda çöl quşu satmaq istəyən şəxs saxlanılıb.

Trend -un məlumatına görə, Masallı rayon polis şöbəsinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə rayonun Təzəkənd kəndində ötən gecə keçirdiyi reyd nəticəsində saxlanılan 42 yaşlı Masallı rayon sakini Fətullayev Rasif Etibar oğlunun idarə etdiyi 44 BK 220 dövlət nömrə nişanlı avtomaşının saxlanc yerindən 206 ədəd çöl quşu aşkar edilərək götürülüb. Saxlanılan şəxs quşları satış məqsədilə birini 5 manatdan aldığını bildirib.

Quşların əksəriyyəti ördək və qaşqaldaq növündən olan quşlardır.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görüləcəyi bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti