...

Azərbaycan ombudsmanı 1000 məhbusun əfv olunması xahişi ilə Prezidentə müraciət edib

Cəmiyyət Materials 23 Dekabr 2009 13:16 (UTC +04:00)
Azərbaycanın ombudsmanı Elmira Süleymanova təxminən 1000 məhbusun əfv olunması xahişi ilə ölkə prezidentinə müraciət edib, insan hüquqları üzrə müvəkkili aparatının məlumatında deyilir.
Azərbaycan ombudsmanı 1000 məhbusun əfv olunması xahişi ilə Prezidentə müraciət edib

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A. Qasımova/

Azərbaycanın ombudsmanı Elmira Süleymanova təxminən 1000 məhbusun əfv olunması xahişi ilə ölkə prezidentinə müraciət edib, insan hüquqları üzrə müvəkkili aparatının məlumatında deyilir.

Öz fəaliyyəti dövründə məhbusların özlərinin və ailə üzvlərinin müraciətləri əsasında ombudsman məhbusların qanun çərçivəsində əfv olunması məsələsini təhqiq edib, belə ki, onlardan bəziləri törətdiyi əmələ görə peşman olub və cəmiyyət üçün təhlükə yaratmır.

Ombudsmanın fəaliyyəti dövründə təxminən 300 məhbus, o cümlədən yetkinlik yaşına çatmamışlar, qadınlar, xəstələr və qocalar əfv olunaraq, ailələrinə qayıdıblar.

Heydər Əliyev adına Fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Milli Məclisi (parlament) bu ilin martında amnistiya aktı qəbul edib.

Ombudsman növbəti amnistiya aktına 80 məhbusun, o cümlədən jurnalist Müşfiq Hüseynovun da adının daxil edilməsi xahişi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti