...

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbirləri keçirir

Cəmiyyət Materials 29 Dekabr 2009 18:30 (UTC +04:00)
Heydər Əliyev Fondu dekabrın 29-dan 31-dək Yeni il və Dünya Azəırbaycanlılarının Həmrəylik Günü münasibətilə Buta sarayında bayram tədbirləri təşkil edir.
Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbirləri keçirir

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir M.Əliyev/

Heydər Əliyev Fondu dekabrın 29-dan 31-dək Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Buta sarayında bayram tədbirləri təşkil edir.

"Bayram tədbirlərini Azərbaycanda başa çatmaqda olan Uşaq ili çərçivəsində yekun tədbiri kimi qiymətləndirmək olar", -Fondun məlumatında deyilir. Bayram şənliklərinə uşaq evləri və internat məktəblərindən, şəhid və köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət alıblar. Üç gün davam edəcək tədbirdə iki mindən artıq uşaq iştirak edəcək. Uşaqları Buta sarayına çatdırmaq üçün Fond 35 ədəd şərnişin avtobusu ayırıb.

Bayram şənliyinin ilk günündə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici uşaq təşkilatlarının kollektivləri, o cümlədən Talassemiya, Hemofiliya, Diabet Assosiasiayalrının üzvləri iştirak ediblər. Bayram şənliyində Azərbaycan bəstəkarlarının uşaq mahnılarından ibarət yeni diskinin təqdimatı olub. Diskdə tanınmış Azərbaycan bəstəkarlarının populyar mahnısı cəm edilib. Mahnıları "Can bala" uşaq qrupu, "Raest" qrupu və tanınmış gənc müğənnilər ifa ediblər.

Xəbər lenti

Xəbər lenti