...

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən hərbi qulluqçuya 13 il cəza verilib

Cəmiyyət Materials 5 Yanvar 2010 16:08 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 4-cü motoatıcı taborunun əsgəri Mənsur Qəhrəman oğlu Qəmbərova hökm oxunub.
Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən hərbi qulluqçuya 13 il cəza verilib

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin 4-cü motoatıcı taborunun əsgəri Mənsur Qəhrəman oğlu Qəmbərov 13 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), döyüş növbəsi çəkmə qaydalarını pozma (338.1) maddəsi ilə ittiham olunub.

2008-ci ilin aprel ayında Yevlax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Qəmbərov 2009-cu il iyunun 4-də əsgər yoldaşı Orxan Hüseynovu özünə təhkim olunmuş AKM markalı avtomat silahla atəş açaraq qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti