...

Ağır cinayətlərdə ittiham olunan azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayıb

Cəmiyyət Materials 29 Yanvar 2010 16:22 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Ağır cinayətlərdə ittiham olunan azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir H.Bağırov/

Ağır cinayətlərdə ittiham olunan azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 5-nə təyin edilib.

Müxtəlif ağır cinayətlərdə ittiham edilən Canıyev ötən il dekabrın 3-də Kiyev şəhərində həbs olunub. O, dekabrın 13-də Ukraynadan Azərbaycana ekstradisiya olunub.

Canıyev 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 94-cü maddəsi (qəsdən adam öldürmə) ilə ittiham edilir.

Canıyev Azərbaycanda qanunsuz silah gəzdirmək və qətl kimi ağır cinayətlərə görə axtarışda olub. O, Qafqazın ən nüfuzlu kriminal avtoritetlərindən hesab olunur. Ötən il Ukraynanın Miqrasiya Xidməti axtarışda olan Canıyevə siyasi sığınacaq vermiş və bu, ölkədə qalmaqala səbəb olmuşdu.

Həbs edilməmişdən bir neçə gün əvvəl isə Ukrayna hakimiyyəti Canıyevə siyasi status verilməsi qərarını ləğv edib.

Xəbər lenti

Xəbər lenti