...

Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı qətlə yetirildiyi gün yaşadığı binanın mühafizəçisinə hökm oxunub

Cəmiyyət Materials 3 Fevral 2010 12:34 (UTC +04:00)
Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazova hökm oxunub.
Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı qətlə yetirildiyi gün yaşadığı binanın mühafizəçisinə hökm oxunub

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazova hökm oxunub.

Trend -un məlumatına görə, Yasamal rayon Məhkəməsinin hökmü ilə Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə onun ittihamındakı 320.1-ci maddə üzrə cinayət işinə xitam verilib.

Eyvazov Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə vəya satma (234.1), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1), xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə (178.2.4) maddələri ilə ittiham edilirdi. İttiham aktında göstərildiyinə görə, Eyvazovun avtomobilindən tiryək tapılıb.

Eyvazov 3 ilə yaxın Rail Rzayevin yaşadığı binada mühafizəçi kimi çalışıb. 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər Eyvazov növbədə olub. Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Eyvazov saxlanılıb.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti