Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Bakı Apelyasiya Məhkəməsində bloggerlər Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Trend -un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elton Quliyev prosesdə iştirak edə bilməyib və bu səbəbdən proses fevralın 17-nə təxirə salınıb.
Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.