RED. ƏLAVƏSİ: Həlak olanların adları əlavə olunub
Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir F.Hüseynli/
Ağır yol qəzası nəticəsində Azərbaycanın "Neftçi" futbol klubunun 2 işçisi həlak olub. Bu barədə Trend -a klubdakı mənbədən məlumat verilib.
Həmin maşınla gedən klubun digər iki əməkdaşı qəza nəticəsində yaralanıb.
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu Trend -a bildirib ki, qəza nəticəsində kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov və mətbuat xidmətinin əməkdaşı Alim Malikoğlu həlak olublar.
"Neftçi" işçilərinin maşını "Karvan"la keçirilən oyundan sonra Yevlaxdan qayıdarkən qəzaya uğrayıb.