Avropa İttifaqı Aİ-nin şərq qonşuluğunda olan ölkələrdə havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə layihəsinin həyata keçirilməsinə 7 milyon avro ayırmaq barədə qərar qəbul edib. Bu barədə Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTƏ) məlumat mərkəzi bildirib. Bu barədə İTAR-TASS yazır.
Layihə Azərbaycan, Ermənistan, Belarus, Moldova, Rusiya, Ukrayna və Gürcüstanı əhatə edən AQTƏ-nin "Şərq" fəaliyyət proqramı çərçivəsində həyata keçiriləcək.
Layihənin əsas məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması, ətraf mühitin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi, əhalinin ekoloji biliyinin və təbii resursların keyfiyyətli və dayanıqlı idarəsinin yüksəldilməsidir.