...

Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşına 14 il cəza verilib

Cəmiyyət Materials 30 Mart 2010 12:30 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İran vətəndaşı Behruz Rəvan Bud və Astara rayon sakini İsrafil Muqdilovun hər biri 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşına 14 il cəza verilib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İran vətəndaşı Behruz Rəvan Bud və Astara rayon sakini İsrafil Muqdilovun hər biri 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ötən ilin mayın 21-də həbs ediliblər. Onlardan 81 kiloqram 236 qram tiryək aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti