...

"Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə tədqimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2010 18:54 (UTC +04:00)
Deputat Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru Аkif Аşırlının müəllifliyi ilə çap edilən "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə tədqimatı keçirilib. Kitab еrməni silаhlı birləşmələrinin rus оrdusunun köməyi ilə 1990-cı il mаrtın 23-dən 24-nə keçən gecə Qаzах rаyоnunun Bаğаnıs Аyrım kəndində törətdikləri sоyqırım fаktlаrındаn bəhs еdir.
"Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə tədqimatı keçirilib (FOTO)

Azərbaycan, Gəncə, 31 mart / Trend , müxbir V.Məmmədov/

Deputat Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru Аkif Аşırlının müəllifliyi ilə çap edilən "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə tədqimatı keçirilib. Kitab еrməni silаhlı birləşmələrinin sovet оrdusunun köməyi ilə 1990-cı il mаrtın 23-dən 24-nə keçən gecə Qаzах rаyоnunun Bаğаnıs Аyrım kəndində törətdikləri sоyqırım fаktlаrındаn bəhs еdir.

Tədbirdə həmçinin 1918-ci il martın 31-də Qubada dinc əhaliyə qarşı erməni daşnaklarının törətdiyi vəhşiliklərdən bəhs edən, rejissoru və ssenari müəllifi Etibar Məmmədov olan "Soyqırım" sənədli filminin təqdimatı keçirilib. Filmin baş məsləhətçisi olan Qənirə Paşayeva tədbirdə bildirib ki, filmin əsgərlərə təqdim edilməsi gənc nəslin yaddaşına soyqırımla bağlı məlumatların həkk olunmasına, onların daha dəqiq məlumatlar əldə etməsinə səbəb olacaq.

"Kitabın və filmin Qazax rayonunda təqdimatı rayonun ermənilərlə sərhəddə olması ilə bağlıdır" - Paşayeva bildirib. Onun sözlərinə görə, məhz 1990-cı ildə Bаğаnıs Аyrım kəndində törədilən hadisələr soyqırımın nümunəsidir. Hərbi hissəyə əsgərlərin mütəmadi izləmələri üçün filmin nümunəsi hədiyyə olunub.

Millət vəkili bir neçə milli qəhramanlarla bağlı filmlərin hazırlandığını bildirib.

"N" saylı hərbi hissədəki tədbirdən sonra İcra Hakimiyyətinin binasında soyqırımla bağlı tədbir keçirilib və "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitabının təqdimatı olub.

Tədbirdə Qazax rayonunun icra başçısı Rauf Hüseynov bildirib ki, hazırda Qazax rayonunun 7 kəndi düşmən işğalı altındadır və mütəmadi olaraq sərhəd kəndlərində yaşayan dinc insanlar düşmən gülləsinə tuş gəlirlər. Onun sözlərinə görə, ötən ilin sentyabrından rayon ərazisində 35 dəfə atəşkəs pozulub. Hüseynov bildirib ki, hazırda rayonda 31 mart soyqırımı ilə bağlı maarifləndirmə işi güclənir.

Paşayeva tədbirdə bildirib ki, "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitabı aprelin ortalarına ingilis dilində hazır olacaq və xarici ölkələrdə yaşayan insanların məlumatlandırılması üçün istifadə olunacaq.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gündə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti