Azərbaycanda yeni telekanalın açılması reklam bazarının inkişafından asılıdır – Teleradio Şurasının sədri

Cəmiyyət Materials 1 Aprel 2010 16:13 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri hesab edir ki, yeni telekanalların açılması insanların istəyindən deyil, reklam bazarının inkişafından asılıdır.
Azərbaycanda yeni telekanalın açılması reklam bazarının inkişafından asılıdır – Teleradio Şurasının sədri

Azərbaycan, Bakı, 1 aprel / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri hesab edir ki, yeni telekanalların açılması insanların istəyindən deyil, reklam bazarının inkişafından asılıdır.

"Reklam bazarında müsbət dəyişikliklər baş verməlidir ki, yeni kanalın açılması üçün zəruri şərait yaransın", - cümə axşamı Trend-ə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.

Məhərrəmlinin sözlərinə görə, yeni telekanalın açılması üçün kadr potensialı da əsas şərtlərdən biridir. "Əgər reklam bazarı, kadr potensialı və texniki baza ilə bağlı vəziyyət dəyişərsə, gələcəkdə bu məsələnin müzakirəsi mümkündür", - Şura sədri əlavə edib.

Onun fikrincə, Şuraya yeni telekanalların açılması ilə bağlı müraciət edənlərə sadaladığı problemlərin olduğunu başa salırlar.

"İstənilən fiziki şəxs də bu istəkdə ola bilər. Amma reallıq istəklə üst-üstə düşmədiyindən, müraciətlərə baxılmasına belə ehtiyac qalmır", - Məhərrəmli vurğulayıb.

Regionlarda yeni telekanalların açılması məsələsinə gəldikdə, Şura sədri burada da reklam bazarının mühüm rol oynadığını qeyd edib.

"ŞirvanAran bölgəsində telekanalların açılması gündəmdədir. Amma təəssüf ki, regionlarda kadr potensialı və reklam bazarı ilə bağlı vəziyyət Bakıdakından daha aşağı səviyyədə olduğundan, yeni telekanalların açılması yubanır", - Məhərrəmli xatırladıb.

Xəbər lenti

Xəbər lenti