...

Azərbaycanda 1930-cu illərin aclığından çox insanlar həyatını itirib-Azərbaycanlı deputat

Cəmiyyət Materials 28 Aprel 2010 22:51 (UTC +04:00)
Azərbaycanda 1930-cu illərin aclığından çox insanlar həyatını itirib.
Azərbaycanda   1930-cu illərin aclığından çox insanlar həyatını itirib-Azərbaycanlı deputat

Fransa, Strasburq, 28 aprel/ Trend, müxbir AMəhərrəmli/

Azərbaycanda   1930-cu illərin aclığından çox insanlar həyatını itirib. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz sessiyasının üçüncü iş günü "Keçmiş SSRİ ərazisində böyük aclıq qurbanlarının xatirəsi"  mövzusunda məruzə ilə əlaqədar çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, keçmiş Sovet İttifaqında 1930-cu illərdə baş vermiş aclıq və siyasi repressiyalar sovet məkanından qurtularaq müstəqillik əldə etmiş bir çox xalqların həyatının kədərli və unudulmayan parçasıdır. Həm də bu yalnız bilavasitə həmin faciəni yaşamış insanların yox, bu hadisələrdən çox sonra dünyaya gəlmiş nəsillərin də bioqrafiyasının bir hissəsidir.

"Mən həmin dövrdən ço x sonra dünyaya gəlmişəm. Bir tədqiqatçı olaraq sovet zamanlarının ən müxtəlif arxiv sənədlərindən o dövrü mükəmməl öyrənmişəm. Lakin mənim və mənim kimi minlərlə insanın bu dəhşətlər barədə təsəvvürlərini yalnız mənbələrdən, kitablardan öyrəndikləri yaratmır.  Mənim valideynlərimin uşaqlığı həmin illərə təsadüf edib və onlar bizə həmin hadisələr haqqında qorxulu nağıllar kimi danışıblar. O nəsil insanlarda çörəyə xüsusi məhəbbət, ehtiram hissi olub. Onlardan aylarla yaxşı halda heyvanlar üçün nəzərdə tutulmuş jmıx yemələri, bunu da tapmayanda günlərlə, həftələrlə tərkibcə çörəyə bənzər tərkibi olan otlar, bitkilərlə qidalandıqları haqqında çox eşitmişəm  "- Rafael Hüseynov çıxışında deyib.

Millət vəkili  Azərbaycanda  həmin 1930-cu illərin aclığından çox insanların həyatını itirdiyini və kulak deyə həbs edildiyini və SSRİ-nin soyuq ucqarlarına sürgün edildiyini  avropalı deputatların diqqətinə çatdırıb.

Millət vəkili təqdim olunan məruzədə həmin dövrün dolğun tarixi mənzərəsinin yaradıldığını qeyd etməklə yanaşı, sadalanan ölkələr sırasında bir yerdə belə eyni bəlaları yaşamış  Azərbaycanın adının çəkilməməsindən təssüf hissi keçirdiyini diqqətə çatdırıb. Bu əzablı illərin acı yadigarı olaraq Azərbaycan dilində  bir dua da yaranıb: "Allah heç kəsi aclıqla imtahana çəkməsin".

Rafael Hüseynov bu məsələ ilə bağlı ayıca bir məruzənin hazırlanmasına ehtiyac olduğunu və bu hadisələrin xatırlanması üçün ayrıca günün müəyyənləşdirilməsinin vacibliyini  qeyd edib.

" Qolodomor deyilən bir mərhələ totalitar sovet rejiminin  insanları acından öldürməklə, məhz çörəklə imtahana çəkdiyi dövr olub. Lakin daha dəhşətlisi həmin 1930-cu ilıərdə SSRİ-də yaşayan müxtəlif xalqların ən seçmə ziyalılarının siyasi repressiyalara düşür edilərək məhv  edilməsidir. Məqsəd də qabaqcıl övladlarını yox etməklə xalqları lidersiz, yaddaşsıq, gələcəksiz qoymaq, milli özünəməxsusluqdan məhrum etmək idi.  İnkviziyanın ən qorxunc təzahür forması olan sovet siyasi repressiyaları haqqında da Assambleyada ayrıca məruzənin hazırlanmasına ehtiyac var və üzv dövlətlərin təmsilçilərinin bu həqiqətlərdən müfəssəl şəkildə xəbərdar edilməsi yaxşı olardı. Əlbəttə ki, aclıq və siyasi repressiyalarla sovet rejiminin onlarla xalqa və milyonlarla insan qarşı həyata keçirdiyi məhvetmə siyasəti əsl soyqırımdır və bu, rəsmi siyasi sənədlərdə təsbitini tapmalıdır. Qolodomorun Ukraynada və digər hansısa ölkələrdə daim xatırlanması üçün ayrıca günü müəyyənləşdirilmısi məsələsinə gəlincə bununla bağlı da mənim təklifim var. Bu bir faciədir, matəmdir. İstəməzdim ki, yaddaş təqvimizdə başdan-başa kədərdən ibarət bir gün olsun. Bunun əvəzində həmin faciəli tarixi yaşamış ölkələr ilin bir gününü seçərək müştərək Çörək Günü kimi qeyd etsələr yaxşı olar. Əslində həmin gün bayram olsun. Bu ölkələrin hər birində həmin gündə çörəklə bağlı ən müxtəlif tədbirlər təşkil edilsin. Amma  həmin günü içərisində insanların çörəklə imtahana çəkildiyi, aclıqla mübarizə apardığı Qolodomor da yad edilsin. İnsan Allahın yaratdığı ən qiymətli, ən müstəsna bir əsərdir. Allah öz ali əsərini belə müsibətlərə düçar edənləri heç vaxt bağışlamaz. Biz də bağışlamırıq"-millət vəkili qeyd edib.

 

Xəbər lenti

Xəbər lenti