Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/
2009-20010-cu il Azərbaycanın Unibank Premyer Liqasında çempion adını Bakının "İnter" klubu qazanır.
Bu gün keçirilən son turun oyununda "Xəzər Lənkəran" öz meydanında "Bakı"ya 0:1 hesabıyla uduzduğuna görə, çempionluq şansını əldən verib.
Bundan istifadə edən "İnter" doğma meydanda ""Qəbələ" klubunu 4:1 udmaqla birinci yerə yüksəlib.
Qrup mərhələsinin ikinci yerinə "Bakı" sahib çıxıb.