...

Azərbaycanda saxta pul kəsməkdə ittiham olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 19 May 2010 16:27 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Biləsuvar rayon sakinləri Əli İbayev, Şaban Səfiyev, Etibar Ağayev, Vüqar İbayev, Süleyman Niftizadə və Cavid Əbilovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda saxta pul kəsməkdə ittiham olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda saxta pul kəsməkdə ittiham olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Biləsuvar rayon sakinləri Əli İbayev, Şaban Səfiyev, Etibar Ağayev, Vüqar İbayev, Süleyman Niftizadə və Cavid Əbilovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prokurorun çıxışından sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Təqsirləndirilən şəxslər Biləsuvar rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2009-cu ilin noyabrında saxlanılıblar. Dəstənin aşkar edilməsində rayon sakini Müşfiq Poladov kömək edib. Həmin şəxs polis şöbəsinə gələrək balıq satarkən 2 nəfər naməlum şəxsin ödəniş edərkən ona eyni nömrəli 2 ədəd 50 manatlıq pul əskinazı təqdim etdiyini bildirib. Pulun saxta olduğunu bilənə kimi alıcılar mağazadan uzaqlaşıblar.

Biləsuvar rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İsmətli kəndində adıçəkilən şəxslər 50 və 100 manatlıq saxta pulları satarkən hadisə yerində saxlanılıblar. Dəstə üzvlərinin yaşadıqları evlərə baxış keçirilərkən oradan 30 mindən artıq 50 və 100 manatlıq saxta əskinas, 216 kalibrli ov tüfəngi və 5 patron aşkar olunaraq götürülüb. Onlar saxta pulları hazırlamaq üçün 3 ədəd rəngli surətçıxaran aparatdan istifadə ediblər.

Xəbər lenti

Xəbər lenti