...

Türk xalqlarının konqresi avqustun sonlarında keçiriləcək

Cəmiyyət Materials 27 May 2010 13:00 (UTC +04:00)
Türk xalqlarının konqresi avqustun sonlarında Qaqauziyada (Moldovanın tərkibində muxtariyyət) keçiriləcək.
Türk xalqlarının konqresi avqustun sonlarında keçiriləcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Türk xalqlarının konqresi avqustun sonlarında Qaqauziyada (Moldovanın tərkibində muxtariyyət) keçiriləcək. Bu barədə qərar Sofiyada keçirilən Beynəlxalq Türk Gəncləri Birliyi (BTGB) Liderlər Şurasının 10-cu toplantısında qəbul edilib. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.

Bundan başqa, iclasın gedişində Türk Dünyası gənclərinin 15-ci qurultayının Qazaxıstanda, Naxçıvanda və ya Kiprdə keçirilməsinə hazırlıq işlərinin sürətləndirilməsi, eləcə də BTGB-nin saytının yaradılması barədə də qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti