...

"Gəncə" klubu çempionata iddialı çıxacaq - klubun prezidenti

Cəmiyyət Materials 21 İyun 2010 10:55 (UTC +04:00)
Azərbaycanın premyer-liqasına vəsiqə qazanan Gəncənin eyniadlı komandası çempionata iddialı çıxacaq, - bunu bazar ertəsi jurnalistlərə klubun prezidenti Elmir Əliyev bildirib.
"Gəncə" klubu çempionata iddialı çıxacaq - klubun prezidenti

Azərbaycan, Bakı 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın premyer-liqasına vəsiqə qazanan Gəncənin eyniadlı komandası çempionata iddialı çıxacaq, - bunu bazar ertəsi jurnalistlərə klubun prezidenti Elmir Əliyev bildirib.

"Gəncə futbolunun həmişə tarixi ənənəsi olub. Biz Gəncə futbolunun əvvəlki şöhrətini qaytarmaq üçün lazım olan bütün işləri görürük", - Əliyev deyib.

"Gəncə" klubu 2009-2010-cu il mövsümünün birinci liqasında qızıl medala sahib çıxaraq, premyer-liqaya yiyələnib.

Əliyev deyib ki, komanda artıq məşqlərə başlayıb, kluba yeni futbolçular cəlb olunub.

"Təlim-məşqləri hələ ki Gəncədə keçiririk. Ancaq baş məşqçi məsləhət görərsə, komanda təlim-məşqləri xarici ölkələrin birində davam etdirəcək", - klub prezidenti vurğulayıb.

Əliyev klubun əvvəlki - "Kəpəz" adına qayıdacağı ilə bağlı yayılan informasiyaları təkzib edib.

"Kim istəyirsə, "Kəpəz" komandası yarada bilər. Ancaq komanda yenidən yarananda "Gəncə" adını qəbul edib; birinci liqada da çempionluğu bu adla qazanmışıq. İnanıram ki, "Gəncə" adı ilə də premyer-liqada yeni uğurlara imza atacağıq", - klubun prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti