...

İran Parlamentinin sədri Suriyaya səfər edəcək

Cəmiyyət Materials 28 İyun 2010 14:48 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani iyunun 29-da Suriyaya səfər edəcək. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat verir.
İran Parlamentinin sədri Suriyaya səfər edəcək

İran Parlamentinin spikeri Əli Laricani iyunun 29-da Suriyaya səfər edəcək. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat verir.

Laricani Suriyaya İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlamentlərarası İttifaqının fövqəladə iclasında iştirak edəcək. İclasda Fələstin məsələsi, xüsusilə də Qəzzadakı son vəziyyət araşdırılacaq.

Laricani üçgünlük səfəri zamanı iclas çərçivəsində digər ölkələrdən olan həmkarları ilə görüşlər də keçirəcək.

İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlamentlərarası İttifaqınınn fövqəladə iclası iyunun 30-da Suriyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti