...

Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında mütəxəssis mübadiləsi həyata keçiriləcək (FOTO)

Cəmiyyət Materials 12 İyul 2010 17:11 (UTC +04:00)
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutu (INALСO) ilə Bakı Dövlət Universiteti (BDU) arasında mütəxəssis mübadiləsi həyata keçiriləcək.
Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında mütəxəssis mübadiləsi həyata keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutu (INALСO) ilə Bakı Dövlət Universiteti (BDU) arasında mütəxəssis mübadiləsi həyata keçiriləcək. Trend-in BDU-nun Mətbuat və informasiya şöbəsinə istinadən verdiyi məlumata görə, bu barədə qərar BDU rektoru Abel Məhərrəmovun Bakıda INALСO-nun rektoru Jak Löqran ilə görüşü zamanı verilib.

Görüş zamanı Löqran rektoru olduğu institutdan bəhs edib. Bildirib ki, Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda 96 dil, o cümlədən 1999-cu ildən Azərbaycan dili tədris olunur.

"Rəsmi diplom təsis olunandan sonra tələbələr Azərbayсan dilini ayrıсa kurslarda öyrənmək və bu sahə üzrə diplom almaq imkanı əldə ediblər. 2008-сi il noyabrın 7-də isə Azərbayсan dili fakültəsi açılıb. Azərbaycan dilinin daha səmərəli tədrisində maraqlıyıq. BDU ilə məhz bu baxımdan əməkdaşlığa önəm veririk", - Löqran əlavə edib.

Akademik Abel Məhərrəmov həmkarının fikirlərini təqdir edib və BDU-da fransız dili ilə yanaşı, artıq 3 ildir ki, fransız ədəbiyyatının da tədris olunduğunu bildirib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Bakı Dövlət Universitetinin təhsil və elmimizdə böyük rol oynadığını deyib. Fransada Azərbaycan dilinin tədrisi üçün vəsait çatışmazlığı olduğunu bildirib və BDU-dan tədris vəsaiti, Azərbaycan-fransızca lüğət, o cümlədən dilin öyrənilməsi üçün disklər və digər mümkün vəsaitlər verilməsini xahiş edib.

İkitərəfli görüşdən sonra qonaq universitetlə tanış olub, imtahanların elektron test üsulu ilə keçirilməsi prosesi ilə maraqlanıb. Distant Tədris Mərkəzi vasitəsilə əlaqələrin mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti