...

Azərbaycanın Milli QHT Forumu 50-yə yaxın KİV nümayəndəsini fəxri fərmanla təltif edib

Cəmiyyət Materials 19 İyul 2010 13:08 (UTC +04:00)
Azərbaycan Milli mətbuatının 135 illik yubileyi münasibətilə bazar ertəsi Trend BİA-nın konfrans zalında Milli QHT Forumu tərəfindən 50-yə yaxın KİV nümayəndəsinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycanın Milli QHT Forumu 50-yə yaxın KİV nümayəndəsini fəxri fərmanla təltif edib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli mətbuatının 135 illik yubileyi münasibətilə bazar ertəsi Trend BİA-nın konfrans zalında Milli QHT Forumu tərəfindən 50-yə yaxın KİV nümayəndəsinin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlar Milli mətbuatın və vətəndaş cəmiyyətinin inkişafında göstərilən xidmətlərə görə təqdim edilib. Mükafatlandırma mərasimində çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Elman Paşayev bu tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin iyun ayının 10-da imzaladığı fərman əsasında keçirildiyini deyib.

Paşayev "Əkinçi" qəzetinin təməlinin qoyulması ilə milli mətbuatın inkişafı prosesinin başladığını və sonra da inkişaf prosesinin davam etdiyini bildirib.

"Əkinçi" qəzeti bağlandıqdan sonra mətbuat ziddiyyətli dövr keçirdi, təzyiqlərə məruz qaldı, bağlandı, lakin bununla yanaşı, öz inkişafını davam etdirdi", - Paşayev deyib.

Paşayev əlavə edib ki, sovet dövründə də müəyyən çərçivələr daxilində mətbuatda inkişaf oldu, lakin müstəqillik əldə olunduqdan sonra bu inkişaf sürətlə davam etdi.

Onun sözlərinə görə, bu gün KİV-lərlə dövlət qarşılıqlı əməkdaşlıq aparır.

Tədbirin sonunda televiziya, qəzet, informasiya agentlikləri və internet səhifələrində QHT-lərin fəaliyyəti ilə bağlı məqalələr dərc etdirmiş müxbirlər mükafatlandırılıb. Onlar fəxri fərmanla təltif olunublar. Təltif olunan jurnalistlər arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin də əməkdaşı var.

Xəbər lenti

Xəbər lenti