...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi altı ay ərzində qanun pozucularını 2 milyon 241 min manatdan çox məbləğdə cərimə edib

Cəmiyyət Materials 26 İyul 2010 11:13 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ilin beş ayı ərzində qanun pozuntuları ilə bağlı hüquqi və fiziki şəxslərə qarşı 2 241 593,17 manat dəyərində cərimə sanksiyası qəbul edib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi altı ay ərzində qanun pozucularını 2 milyon 241 min manatdan çox məbləğdə cərimə edib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ilin beş ayı ərzində qanun pozuntuları ilə bağlı hüquqi və fiziki şəxslərə qarşı 2 241 593,17 manat dəyərində cərimə sanksiyası qəbul edib ki, bu məbləğin 114 968 manatı ödənilib. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumat veriblər.

Ətraf mühitə vurulan zərərlə bağlı 317 iş üzrə 633 422,18 manat həcmində tələblər irəli sürülüb ki, bunun 48 824 manatı ödənilib.

Qeyd olunan dövr ərzində su resurslarının səmərəli istifadəsi üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar, 60 440 manat, atmosferin çirklənməsi ilə bağlı 21 540 manat cərimə sanksiyası tətbiq olunub.

Torpaq resurslarının qorunması üzrə 38 836,45 manat, flora və faunanın müdafiəsi üzrə, müvafiq olaraq, 1 829 411,72 və 30 680 manat, su hövzələrində bioloji resursların müdafiəsi və genişlənməsi üzrə 2 150 manat cərimə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti