...

MTV telekanalının Bakıda keçirəcəyi konsertlə bağlı ətraflı məlumat yayılıb

Cəmiyyət Materials 4 Avqust 2010 18:31 (UTC +04:00)
Avqustun 13-də "SEA BREEZE" yeddiulduzlu kurortda keçiriləcək "VIP-OPEN AIR PARTY" haqqında ətraflı məlumat əldə olunub.
MTV telekanalının Bakıda keçirəcəyi konsertlə bağlı ətraflı məlumat yayılıb

Avqustun 13-də "SEA BREEZE" yeddiulduzlu kurortda keçiriləcək "VIP-OPEN AIR PARTY" haqqında ətraflı məlumat əldə olunub. Konserti Azərbaycan şou-biznesinin ən populyar nümayəndələrindən biri, teleaparıcı və müğənni Kamilə Babayeva aparacaq.

Məlumdur ki, MTV-nin istənilən tədbiri, hər şeydən əvvəl, əla atmosfer, keyfiyyət, gözəl musiqi və dünyanın bütün məşhurları deməkdir. Bu, "VIP-Party"də Den Balan Chica Bomb, Mayra Munez (Miss El-Salvadore) proqramı ilə, Aysel Teymurzadə, "Wonderland Avenue" "Ride the White Horse" mahnısı ilə çıxış edəcəklər. Gecədə Hollivuddan olan qonaqlar da iştirak edəcəklər. Gecəni xüsusi işıq və səs effektləri, lazer şou və fişənglər bəzəyəcək.

Gecədə qərb modellərinin iştirakı ilə "FASHION SHOW" keçiriləcək. Yay geyimi kolleksiyası, zərgərlik malları, çimərlik geyimləri nümayiş etdiriləcək. Tezliklə MTV-nin yeni tədbiri haqqında ətraflı məlumat olacaq.

Xəbər lenti

Xəbər lenti