...

Azərbaycanın Sumqayıt şəhərində yeni park salınır

Cəmiyyət Materials 10 Avqust 2010 14:27 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərində yeni park salınır. Bu barədə məlumatı Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Azərbaycanın Sumqayıt şəhərində yeni park salınır

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanın Sumqayıt şəhərində yeni park salınır. Bu barədə məlumatı Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Şəhər İcra Hakimiyyəti başçısının müavini T.Hacıyev Ü.Hacıbəyov küçəsində dahi bəstəkarın əziz xatirəsinə ucaldılan abidə-kompleksin ətrafında abadlıq işlərinin sürətlə davam etdirildiyini, salınmış yeni parkın istifadəyə hazır vəziyyətə gətirildiyini deyib. Abidənin qoyulduğu əraziboyu yerləşən parkın eni 23, uzunluğu 61 metr təşkil edir. 1340 kvadratmetrlik abadlaşdırılan sahənin, təxminən, 740 kv.m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb.

Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsini icra edən M.Abbasov abidənin postamentinin inşası və qranitlə üzlənməsi işlərinin tam yekunlaşdığını, dahi bəstəkarın bürüncdən hazırlanmış barelyefinin isə yaxın günlərdə abidəyə montaj ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti