...

Bu il 200-ə yaxın azərbaycanlı gənc xaricdə təhsil almağa göndəriləcək - nazir müavini

Cəmiyyət Materials 20 Avqust 2010 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir K. Zərbalıyeva/

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində bu il 200-ə yaxın tələbə təhsil almaq üçün xarici ölkələrə göndəriləcək. Trend-in məlumatına görə, bu barədə "Xaricdə təhsil alan ve məzun olmuş azərbaycanlı gənclərin VIII beynəlxalq Forumu"nda çıxışı zamanı gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

"İndiyə qədər 500-ə yaxın gənc bu proqramdan yararlanıb, ABŞ, Rusiya, Yaponiya, Fransada və digər ölkələrdə təhsil alırlar. Son beş ildə belə tələbələrin sayı iki dəfə artıb", - Babayev əlavə edib.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti