...

Almaniya Azərbaycanda texniki peşə təhsilinin təşkilinə kömək etmək niyyətindədir

Cəmiyyət Materials 25 Avqust 2010 18:01 (UTC +04:00)
Almaniya Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə yardımçı olmaq niyyətindədir.
Almaniya Azərbaycanda texniki peşə təhsilinin təşkilinə kömək etmək niyyətindədir

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Almaniya Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə yardımçı olmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer təhsil naziri Misir Mərdanovla görüşdə bildirib.

Onun sözlərinə görə, texniki peşə təhsili müəssisəsi müasir tələblər baxımından ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması işini təkmilləşdirmək üçün təşkil olunacaq.

Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən alman iş adamlarının axınının güclənməsinə əlavə təkan verəcəyini bildirib.

Görüşdə Misir Mərdanov Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib.

Nazir qeyd edib ki, irəli sürülən təşəbbüs gerçəkləşərsə, bu, Azərbaycan-Almaniya təhsil əlaqələrinin inkişafı yolunda ən əlamətdar hadisələrdən biri olacaq.

Görüşdə Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması üçün birgə işçi qrupunun təşkil edilməsi, ümumtəhsil məktəblərində alman dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi, ixtisasartırma təhsili ilə bağlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti