...

Bakının Nardaran qəsəbəsində ABŞ-da Qurani-Kərimin təhqir olunması ilə bağlı etiraz aksiyası keçirilib

Cəmiyyət Materials 15 Sentyabr 2010 16:10 (UTC +04:00)
Bakının Nardaran qəsəbəsində çərşənbə günü ABŞ-da Qurani-Kərimin təhqir olunmasına etiraz əlaməti olaraq mitinq keçirilib.
Bakının Nardaran qəsəbəsində ABŞ-da Qurani-Kərimin təhqir olunması ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bakının Nardaran qəsəbəsində çərşənbə günü ABŞ-da Qurani-Kərimin təhqir olunmasına etiraz əlaməti olaraq mitinq keçirilib.

Qəsəbə sakini Məşədi Natiq Kərimov Trend-ə bildirib ki, mitinqdə ətraf qəsəbələrdən ziyalılar və kənd sakinləri iştirak ediblər.

Onun sözlərinə görə, mitinq iştirakçılarının əllərində Quran kitabı olub.

Mitinqdə Qurani-Kərimin təhqir olunması pislənilib.

Aksiyada ABŞ-a qarşı şüarlar səsləndirilib.

Beynəlxalq KİV-in məlumatına əsasən, sentyabrın 11-də Ağ ev qarşısında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim aralarında radikal "Çay Partiyası"nın (Tea Party) liderinin də olduğu kiçik bir islamofob qrupun aksiyasında cırılıb. Bundan başqa, "Çay Partiyası"nın lideri Bekam müqəddəs Quranın xristianlar və yəhudilər barədə yazılmış səhifələrini cıraraq, plastik bir qaba qoyub.

O, Mmüqəddəs kitabın səhifələrini yandırmamasının səbəbini Ağ ev qarşısında hər hansı bir əşyanın yandırılmasının ağır bir cinayət olması ilə izah edib. Eyni vaxtda ABŞ-ın Tennesi ştatında Bob Old adlı bir rahib köməkçisi ilə birlikdə Qurani-Kərimi yandırıb. Bu iki rahib Qurani-Kərimlə yanaşı, islam peyğəmbərinin adı olan bir kitabı da yandırıblar.

Xəbər lenti

Xəbər lenti