Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/
İordaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan mədəniyyəti təmsil olunacaq.
Oktyabrın əvvəlləri, noyabrın sonlarında İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı bildirib. Bununla bağlı razılıq sentyabrın əvvəllərində Azərbaycan mədəniyyət və turuzim nazirinin müavini Ədalət Əliyevin İordaniyaya səfəri zamanı İordaniya Krallığının Mədəniyyət Nazirliyinin baş katibi Ciris Səmavi ilə danışıqlar çərçivəsində əldə olunub.