Diaspor təşkilatları güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir - Ukrayna Azərbaycanlıları Konqresinin sədri

Diaspor təşkilatları güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir - Ukrayna Azərbaycanlıları Konqresinin sədri

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədovun Trend-ə müsahibəsi

- Azərbaycanın Ukraynadakı diasporunun təşkilatlanması hazırda hansı səviyədədir?

- 2000-ci illərin əvvəlindən fərqli olaraq, Ukrayna Azərbaycanlıları Konqresində təşkilatlanma, demək olar ki, orta səviyyədədir. Hələ də lazım olan, bizi qane edən nəticə əldə etməmişik. Amma bu qısa vaxtda əldə etdiyimiz nailiyyətləri yaxşı qiymətləndirmək olar, çünki adətən, diasporun təşkilatlanmasına uzun illər lazımdır.

Diasporun əsas prinsipi ondan ibarətdir ki, Azərbaycanı dünyada daha çox sevdirmək üçün, daha çox dostlar qazandırmaq üçün, sadəcə olaraq, Azərbaycanı tanıtmaq istiqamətində iş aparılmalıdır. Azərbaycanı sevdirməyin yolu, Azərbaycanı tanıtmaqdan keçir. Diaspor təşkilatlarımız Azərbaycana çoxlu dost qazandırmağa çalışır və güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə də müxtəlif xarici ölkə kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin ictimai qurumları, qeyri-hökumət  və siyasi təşkilatlar, dövlət orqanları ilə əməkdaşlıq qurulur.

Ümumiyyətlə, diaspor quruculuğu və fəaliyyəti konkret dövrlə məhdudlaşmayan bir prosesdir. Müasir və qloballaşan dünyada da  şərtlər intensiv şəkildə dəyişir. Yeni şərtlər meydana çıxır. Buna görə əsas məqsədimiz odur ki, elə bir strategiya hazırlayaq ki, bütün zamanlarda özünü  doğrulda bilsin.  Diaspor təşkilatları da çalışır ki, fəaliyyətlərini  müasir dünya şərtlərinə uyğunlaşdırsınlar və o şərtlər əsasında Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar. Qarşıda duran əsas işlərimizdən biri  xaricdə yaşayan azərbaycanlı iş adamları ilə sistemli əlaqə qurulmasına nail olardıq. Çünki bu əlaqə  diasporun işinin daha  da güclənməsinə təkan verər.

- Ukraynada həmvətənlərimiz hansı problemlərlə daha tez-tez üzləşirlər? Onların həll olunması üçün hansı işlər görülür?

- Ukraynada yaşayan və vətəndaşlığı olan azərbaycanlıların problemləri az olur, çünki onlar Ukrayna qanunları ilə yaşayır və hər hansı problem olarsa, bizim hüquqşünaslar məşğul olurlar. Həmvətənlərimiz arasında Ukraynada bu gün ən böyük problemlər Azərbaycandan müvəqqəti gələn insanlarla olur. Azərbaycan vətəndaşlarının ən böyük problemi onların sənəd problemidir - kimisi pasport və ya şəxsiyyət vəsiqəsini itirir, kimisi Azərbaycan vətəndaşlığından çıxır və Ukraynaya gəldikdən sonra səhlənkarlıq edir və buranın vətəndaşlığını götürmür. Burada qalan Azərbaycan vətəndaşlarının 80 faizinin problemi var - lakin bunlar sənədlərin leqallaşdırılması ilə bağlıdır. Azərbaycan Səfirliyi üçaylıq müvəqqəti pasportların verilməsi ilə çox gözəl iş gördü. Lakin bir çox həmvətənimiz səhlənkarlıq edib pasport götürmək üçün müraciət etmir, burdan da digər məsələlər ortaya çıxır - onları tuturlar, saxlayırlar, hüquqşünaslara müraciət etməyə ehtiyac olur. Konqresin hüquq departamentində çalışan hüquqşünaslarımız bu işlərlə məşğuldurlar. Problemlə üzləşən həmvətənlərimizə qanunları başa salırıq. Təşkilatda bununla bağlı ayrıca qurum da yaradılıb. Orada maarifləndirmə işi həyata keçirilir. Lakin başqa dövlətlərə baxanda burada azərbaycanlılara gözəl münasibət var. Sadəcə olaraq, Ukraynaya gələnlər üçün geniş maarifləndirmə işləri aparılmalıdır.

Bu gün azərbaycanlılar dünyanın müxtəlif ölkələrində məskunlaşıblar. Hər bir ölkənin də özünün daxili ictimai, siyasi  mühiti var.  Bu səbəbdən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın problemləri də müxtəlifdir. Biz həmvətənlərimizin problemlərini mütəmadi olaraq tədqiq edirik, təhlillər aparırıq və müəyyən nəticələr qazanırıq.  

- Ukraynanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların fəaliyyətini koordinasiya etmək üçün hansı işlər görülür?

- Ukraynanın bütün regionlarında Konqresin nümayəndəliyi fəaliyyət göstərir. Məlumat üçün deyim ki, burada Azərbaycan diasporunun təşkilatlanması 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Ukraynaya rəsmi səfərindən sonraya təsadüf edir. Ozamanadək biz pərakəndə halda fəaliyyət göstərirdik. Ümummilli ilderimiz Heydər Əliyev bizə vahid ideya ətrafında birləşməyi tövsiyə etdi; elə həmin il də Ukrayna Azərbaycanlıları Konqresini yaratdıq.
Hazırda bu istiqamətdə kifayət qədər işlər görülür. Misal üçün, gənclərin aprel ayında böyük forumu keçirildi və həmin tədbirdən sonra hər regionda gənclər çox fəallaşdılar, hazırda həmin gənclər hər regionda gənclər təşkilatları yaradırlar. Artıq qərara alınıb ki, hər il 24 aprel - Ukraynada yaşayan gənclərin həmrəylik günü kimi qeyd olunacaq. Düşünürəm, bu işlər çox vacibdir ki. Burada yaşayan gənclərlə Azərbaycandan gəlmiş qardaş-bacılarımızla əlaqələr yaransın. Bu yaxınlarda Nikolayev şəhərində "Dostluq" adı altında Ümumukrayna tədbiri keçirildi və Azərbaycan gənclərindən ibarət "Yeddi gözəl" və "Cigitlər" ansamblları üç tərifnamə aldı. Fərəhləndirici haldır ki, həmin tədbirdə bütün meydan Azərbaycan bayraqları ilə bəzədilmişdi.

Bundan başqa, Ukraynada yaşayan azərbaycanlıların birinci qurultayını keçirməyə çalışacağıq - bu, çox böyük məsələdir və  hazırda buna hazırlaşırıq. Ukrayna Azərbaycanlıları Konqresi daim Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx iş aparır və bu istiqamətdə onların tapşırıqlarını həyata keçirir.

- Xocalı soyqırımı həqiqətlərinin Ukrayna cəmiyyətində tanınması istiqamətində bu ölkədə yaşayan diaspora nə kimi işlər görür?

- Azərbaycan diasporu qarşısında duran əsas vəzifələrdən biri  Dağlıq Qarabağ probleminin həlli üçün dünya ictimaiyyəti, beynəlхalq təşkilatlar, dünyada Azərbaycanla maraqlanan qurumları daha çoх məlumatlandırmaqdır. Bu işdə хarici ölkələrdə yaşayan soydaşlarımıza böyük ümidlər bəsləyirik. Əvvəllər elə dövlətlər vardı ki, həmin ölkələrdə diaspor təşkilatları fəaliyyət göstərmirdi. Ancaq hazırda nəinki dünyanın hər bir ölkəsində, eləcə də ayrı-ayrı şəhərlərdə, vilayətlərdə Azərbaycanın diaspor təşkilatları, cəmiyyətləri yaranır, Azərbaycan əleyhinə olan qüvvələrə qarşı mübarizə aparılır. Biz hər il 26 Fevralda - Хocalı faciəsi, 31 Martda - Azərbaycanlıların Soyqırım Günü, 20 Yanvar faciəsi, eləcə də torpaqlarımızın işğalı tariхlərində ayrı-ayrı ölkələrdə böyük bir kampaniya həyata keçirir, dünyada yaşayan soydaşlarımızı həmin prosesə qoşuruq. Hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir və bununla bağlı yeni planlarımız var.

Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş bəşəri cinayət kimi də qiymətləndirilməlidir. Dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb. Hər il Xocalı soyqırımı ilə bağlı Azərbaycan diasporu Ermənistanın Ukraynadakı Səfirliyinin, eləcə də ATƏT-in bu ölkədəki ofisi qarşısında etiraz aksiyaları keçirir. Ukrayna Azərbaycanlıları Konqresi fevral ayını "Xocalı ayı" elan edib, bu çərçivədə bir sıra tədbirlər həyata keçirir. Belə ki, Ukraynanın Dnepr, Donetsk, Xarkov və Kiyev şəhərlərində Xocalı qurbanlarına həsr olunmuş rəsm sərgiləri də təşkil olunur. Həmyerlilərimizin faciəsini anladan işlər Ukrayna ictimaiyyətinə təqdim olunur. Qalereyalarda, eyni zamanda, "Xocalı" filmi də nümayiş olunur.

- Bəs Ukrayna Azərbaycanlıları Konqresi digər ölkələrdə olan diasporlarımızla nə səviyyədə əlaqələr qurub?

- Əvvəla, demək istəyirəm ki, diasporların birgə fəaliyyətinin gücləndirilməsi üçün vaxt lazımdır. Mənim şəxsən bir çox Avropa və MDB ölkələrindəki diaspor komitələrinin rəhbərləri ilə yaxşı əlaqələrim var, bir birimizlə informasiya mübadiləmiz var. Ukraynada 500 minə yaxın azərbaycanlı var və bura azərbaycanlıların ən çox yaşadıqları olkəılərdən biridir. Biz, həmçinin, türk diasporları ilə də əlaqə saxlayırıq.

- Ukraynada yaşayan və yaxud bu ölkəyə gələn həmvətənlərimizə hansı tövsiyələr verərdiniz?

- Digər ölkələrə gedən həmvətənlərimiz, ilk növbədə, estetik görünüşlərinə fikir verməlidirlər, sənədlərinə qarşı diqqətli olmalıdırlar. Onlar bilməlidirlər ki, Azərbaycanı təmsil edirlər; misal üçün: bəzi həmvətənlərimiz Kiyev aeroportunda idman paltarında düşürlər, sənədləri bərbad vəziyyətdə olur. Biz burada əlimizdən gələn hər şeyi edirik, ancaq gərək Azərbaycan cəmiyyətinin də buna təsir etmək cəhdi olsun.

- Ukraynada azərbaycanlıların mətbuata çıxışı nə səviyyədədir; elektron və dövri mətbuat Azərbaycan barədə hansı mövqeyi tutur?

- Azərbaycanlıların mətbuata çıxışı bu gün ötən illərə baxanda daha yaxşıdır. İndi Azərbaycan gəncləri televiziyada da, qəzetdə də işləyirlər. Amma ermənilər mediada təbliğə bəlkə də Sovet İttifaqı dağılmamışdan əvvəl başlayıblar. Biz də daim çalışırıq, bu məsələlərə böyük diqqət yetirək. Bu üzdən Ukrayna jurnalistləri ilə sıx əlaqəyə giririk ki Azərbaycan haqqında olan həqiqətləri yaysınlar. Biz hərtərəfli təbliğat istəyirik -  dünyaya Azərbaycan haqqında həqiqətlər çatdırılmalıdır. Ukrayna KİV-də son vaxtlar Azərbaycan barədə ancaq həqiqətlər gedir. Ancaq düşünürəm ki, gördüyümüz işlər çox azdır - hər gün daha səylə işləməliyik.

Müəllif: M.Əliyev

24 sentyabr

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:

http://az.trend.az/news/society/diaspora/1751056.html

http://az.trend.az/news/society/diaspora/1753599.html

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Bütün xəbərlər