...

Azərbaycan və Səudiyyə Ərəbistanı təhsil sahəsində əlaqələri genişləndirir

Cəmiyyət Materials 4 Oktyabr 2010 12:51 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanında iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə edib.
Azərbaycan və Səudiyyə Ərəbistanı təhsil sahəsində əlaqələri genişləndirir

Azərbaycanın təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanında iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə "əl-Mədinə" qəzetinin saytı məlumat verib.

Səudiyyə Ərəbistanı İslam Universitetinin rəhbəri Məhəmməd bin Əli əl-Aqlə ət-Təmimi ilə görüşdə azərbaycanlı nazir bəyan edib ki, ali məktəblər arasında əlaqələrin gələcəkdə inkişaf edəcəyini gözləyir və Azərbaycanın təhsil müəssisələrində, eləcə də bu yaxınlarda açılmış İslam Universitetində ərəb dilinin getdikcə daha çox yayıldığını bəyan edib.

Görüş zamanı Səudiyyə Ərəbistanı İslam Universitetinin rektoru əl-Aqlə ət-Təmimi Krallığın dünyada islam elminin yayılmasında maraqlı olduğunu bildirib və hər il 167 ölkədən 30 minə yaxın tələbənin bu ali məktəbin məzunu olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti