...

ABŞ-ın Qarabağ Fondu Azərbaycan vətəndaşları üçün təcrübə proqramı elan edir

Cəmiyyət Materials 29 Noyabr 2010 17:44 (UTC +04:00)
Nümayəndəliyin bazar ertəsi yaydığı məlumata görə, təcrübə proqramı iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ müddətində təcrübə keçən könüllü 3 ay Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə Bakıdakı nümayəndəliyində işləyəcək.
ABŞ-ın Qarabağ Fondu Azərbaycan vətəndaşları üçün təcrübə proqramı elan edir

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

ABŞ-ın Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə Bakıdakı nümayəndəliyi gənc və ali təhsilli Azərbaycan vətəndaşları üçün təcrübə proqramı elan edir.

Nümayəndəliyin bazar ertəsi yaydığı məlumata görə, təcrübə proqramı iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ müddətində təcrübə keçən könüllü 3 ay Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə Bakıdakı nümayəndəliyində işləyəcək. İkinci mərhələdə isə könüllü 3 ay ərzində Qarabağ Fondunun ABŞ-ın Vaşinqton şəhərində yerləşən ofisində təcrübə keçəcək.

Qarabağ Fondunun ABŞ-dakı ofisində təcrübə mübadiləsi proqramında iştirak etmək üçün könüllüyə maliyyə yardımı göstəriləcək.

Təcrübə proqramında iştirak üçün əsas meyarlar aşağıdakılardır: ali təhsil; Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş biliyə sahib olmaq: yüksək motivasiya, enerji, zaman və könüllü işləmək həvəsi; komandada işləmək bacarığı; kompüter bilikləri və internetdə sərbəst işləmək bacarığı; ingilis dilində sərbəst yazı və danışıq bacarığı; xaricə səfər etmək və 3 ay ABŞ-da yaşamaq imkanı.

Qarabağ Fondu ABŞ-da yaradılan və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökümət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini ABŞ-da tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur. Qarabağ Fondunun auditoriyası və tərəfdaşlarına ictimaiyyət üzləri, vətəndaş qrupları, tələbələr, alimlər, elmi müəssisələr, qeyri-hökumət təşkilatları daxildir.

Proqramda iştirak etmək istəyən şəxslər öz tərcümeyi-hallarını (CV) və əsaslandırma məktublarını [email protected] elektron poçt ünvanına "Təcrübə proqramı" başlığı altında göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti