Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ötən ay Azərbaycanda 2 milyon 397 min 568 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə bazar ertəsi Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinin yaydığı məlumatda xəbər verilir.
Əməliyyatlar nəticəsində 4 886 PHS və 21 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaxtaran it iştirak edib.
İndiyədək cəmi 148 milyon 748 min 294 kvadratmetr ərazi təmizlənib, 634 283 mina və PHS zərərsizləşdirilib.
ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağstafa, Ağdam, Ağcabədi, Tərtər, Füzuli və Bakı şəhəri Qaradağ rayonu və Badamdar qəsəbəsi ərazisində aparılır.
ANAMA-nın Çevik Əməliyyat Qrupu isə Ağdam rayonu Evoğlu kəndində 15 evin mina/PHS-lərdən təmizlənməsi əməliyyatlarını həyata keçirib.
Noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.