...

Azərbaycan FHN təlimlər keçirib (YENİLƏLİB) (FОТО)

Cəmiyyət Materials 16 Dekabr 2010 16:50 (UTC +04:00)
Bakının Şıxov qəsəbəsinin sahilyanı ərazisində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bölmələri vertolyotlardan, kater və digər xilasedici texnikalardan istifadə etməklə, müxtəlif növ fəlakətlərin aradan qaldırılması üzrə təlimlər keçiblər.
Azərbaycan FHN təlimlər keçirib (YENİLƏLİB) (FОТО)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Bakının Şıxov qəsəbəsinin sahilyanı ərazisində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bölmələri vertolyotlardan, kater və digər xilasedici texnikalardan istifadə etməklə, müxtəlif növ fəlakətlərin aradan qaldırılması üzrə təlimlər keçiblər.

Təlimləri Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müdafiə naziri Səfər Əbiyev, səhiyyə naziri Oqtay Şirəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Türkiyən Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri Vladimir Doroxin və Hulusi Kılıç müşahidə ediblər.

Cümə axşamı FHN nazirliyin yaranmasının beşinci ildönümünü qeyd edir.

"Azərbaycan Fövqəladə Hallar nazirliyinin Türkiyə, Rusiya, Belarus, Qazaxıstanla iş planları var və gələcək illərdə bu ölkələrlə birgə təlimlərin keçirilməsi nəzərdə tutulur", - bunu jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, yalnız vizual təlimlər deyil, həmin ölkələrlə sərhəddə baş verəcək hər hansı bir hadisəyə birgə reaksiya vermək üçün qərargah təlimləri də hazırlanır.

Xəbər lenti

Xəbər lenti