Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Y.Ostapenko/
Azərbaycanda akkreditə olunan diplomatik missiya işçilərinin uşaqları cümə günü "Mən Azərbaycan haqqında nə bilirəm?" ilk Respublika bədii müsabiqəsinin yekunlarına görə mükafatlandırılıblar.
Müsabiqədə Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətini, Çexiya, Rusiya, Belarus, Koreya, Qazaxıstan və Pakistan səfirliklərini təmsil edən diplomatların 18 yaşına qədər olan uşaqları iştirak ediblər.
Uşaq işləri bu nominasiyalarda təqdim olunub: rəsm (cəmi 14 iş təqdim edilib), inşa (5 iş), şeir (1 iş).
Müsabiqə xarici diplomatların uşaqlarında Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri haqqında tam təsəvvürün olması məqsədilə keçirilərək, onların Bakının sosial həyatına daha çox cəlb edilməsinə xidmət edir.
Uşaq işləri Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında nümayiş etdirilib.
Tədbir Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, eləcə də Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.