...

Azərbaycanlı deputat Türkiyə Ədəbiyyatı Fondunun binasının açılışında iştirak edib

Cəmiyyət Materials 14 Fevral 2011 11:34 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və azərbaycanlı şair və yazıçı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bazar günü Türkiyə Ədəbiyyatı Fondunun bərpa olunmuş binasının açılışında iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verir.
Azərbaycanlı deputat Türkiyə Ədəbiyyatı Fondunun binasının açılışında iştirak edib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və azərbaycanlı şair və yazıçı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bazar günü Türkiyə Ədəbiyyatı Fondunun bərpa olunmuş binasının açılışında iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verir.

Fondun binası İstanbulun tarixi Sultanəhməd rayonunda, şəhərin Avropa hissəsində yerləşir.

Türk yazıçısı və fondun yaradıcısı Əhməd Kabaklının vəfatının onuncu ildönümünə həsr olunmuş mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay da iştirak edib.

Xəbər lenti

Xəbər lenti